Fransa Trampın ittihamlarına cavab verdi

1-04-2026, 12:24           
Fransa Trampın ittihamlarına cavab verdi
Fransa ABŞ Prezidenti Donald Trampın iddia etdiyi kimi ABŞ təyyarələri üçün hava məkanını bağlamayıb.

Tribuna.az xəbər verir ki, bu barədə BFMTV telekanalı hərbi dairələrdəki mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, təyyarələrin eniş şərtləri əvvəlki kimi qalır. Eniş yalnız İstr və Avord bazalarında nəqliyyat təyyarələri üçün icazəlidir.
Xatırladaq ki, daha əvvəl Donald Tramp “Truth Social” platformasında Fransanın İsrail istiqamətində hərəkət edən ABŞ təyyarələri üçün hava məkanını bağladığını yazmışdı. Ağ Ev rəhbəri ABŞ-nin bu addımı unutmayacağını bildirmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru