KİV: Hərbiləşmə yalnız zavodlarda deyil, avropalıların şüurunda da gedir

3-04-2026, 15:45           
KİV: Hərbiləşmə yalnız zavodlarda deyil, avropalıların şüurunda da gedir
Avropada militarizasiya (hərbiləşmə) yalnız zavodlarda deyil, həm də insanların şüurunda baş verir.

Bu barədə Almaniyanın "Berliner Zeitung" nəşri üçün yazdığı məqalədə jurnalist Oliver Vaynlayn bildirib.

Jurnalist qeyd edib: "Biz ordularımızı gücləndirərkən, daha böyük bir proses də baş verir. Hərbiləşmə təkcə zavodlarda deyil, həm də düşüncələrimizdə gedir. "Döyüş hazırlığı" sözü səhər televiziya verilişlərində hava proqnozu qədər adi şəkildə çəkiləndə, bizim daxili kompasımız dəyişir. Biz hərbi qarşıdurma məntiqini yeni norma kimi qəbul etməyə başlayırıq".

Vaynlaynın sözlərinə görə, avropalıların diplomatiyanı "real olmayan folklor" kimi rədd etməsi böyük itki olardı. O bildirib ki, hazırda hərbi zərurət "yeni dövlət dini" səviyyəsinə qaldırılır, alternativ baxış isə "sürətlə müharibəyə doğru gedən" dünya üçün "narahatlıq yaradan" mövzuya çevrilir.

Jurnalist həmçinin vurğulayıb ki, yalnız "müdafiə ssenariləri” ilə düşünənlər artıq dünyanı "sadə müharibələrarası dövr” kimi qəbul edirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru