SON DƏQİQƏ! İran ABŞ-ın daha bir “F-35” qırıcısını vurdu — FOTO

3-04-2026, 12:58           
SON DƏQİQƏ! İran ABŞ-ın daha bir “F-35” qırıcısını vurdu — FOTO
İran Silahlı Qüvvələrinin Baş Qərargahı ABŞ-a məxsus qırıcının vurulduğunu açıqlayıb.

Demokrat.az xəbər verir ki, bu barədə İranın dövlət televiziyası məlumat yayıb.

Məlumata görə, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-35 qırıcısı ölkənin mərkəzi bölgələri üzərində vurularaq qəzaya uğrayıb.

Qeyd olunub ki, bu, SEPAH-ın müasir hava hücumundan müdafiə sistemi vasitəsilə həyata keçirilib.

İran hərbçiləri ekipaj üzvlərinin katapult etmə ehtimalının aşağı olduğunu vurğulayıb.

Xatırladaq ki, daha əvvəl martın 19-da ABŞ-a məxsus F-35 qırıcı təyyarəsi üzərində həyata keçirilən missiya zamanı İran atəşi nəticəsində zədələnib və Yaxın Şərqdə təcili eniş edib.

Pentaqon təyyarənin təcili eniş etməsi faktını təsdiqləsə də, F-35-in İran tərəfindən vurulması ilə bağlı heç bir açıqlama verməyib:
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru