Radarların "görmədiyi" raketlər: Vaşinqtonun yeni planı üzə çıxdı

6-04-2026, 07:54           
Radarların "görmədiyi" raketlər: Vaşinqtonun yeni planı üzə çıxdı
ABŞ İrana qarşı demək olar ki, radarlar tərəfindən çətin aşkarlanan bütün JASSM-ER tipli uzaqmənzilli raket ehtiyatını yerləşdirmək qərarına gəlib.

Demokrat.az xəbər verir ki, "Bloomberg" agentliyi bu barədə vəziyyətlə tanış olan mənbəyə istinadən məlumat yayıb.

Agentliyin həmsöhbəti bildirib ki, martın sonunda ABŞ rəhbərliyi bu raketlərin Sakit okean regionundan ABŞ Mərkəzi Komandanlığının bazalarına və ya Böyük Britaniyanın Ferford bazasına köçürülməsi barədə əmr verib.

Mənbənin sözlərinə görə, hazırda ABŞ-nin sərəncamında 425 belə raket var. Halbuki İrana qarşı mümkün hərbi əməliyyatdan əvvəl onların sayı təxminən 2 300 idi. Bundan əlavə, 75 döyüş başlığının nasaz olduğu qeyd olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru