Tramp NATO ilə vidalaşmasının əsl səbəbini AÇIQLADI

7-04-2026, 07:25           
Tramp NATO ilə vidalaşmasının əsl səbəbini AÇIQLADI
ABŞ Prezidenti Donald Tramp NATO ilə yollarını ayırmasının səbəbinin, Alyansın ABŞ-ın Qrenlandiyaya nəzarət etmək istəyinə göstərdiyi reaksiya olduğunu açıqlayıb.

Gununsesi.info xəbər verir ki, Amerika lideri bu barədə Ağ Evdə keçirdiyi və “YouTube”da yayımlanan mətbuat konfransı zamanı danışıb.

“Düzünü bilmək istəyirsinizsə, hər şey Qrenlandiya ilə başladı. Biz Qrenlandiyanı istəyirik. Onlar isə onu bizə vermək istəmirlər. Mən də dedim ki, “Hələlik, hələlik”, – deyə Tramp bildirib.

Bundan əvvəl ABŞ rəhbəri NATO haqqında kəskin fikirlər səsləndirərək, Ştatların bu alyansa ehtiyacı olmadığını bəyan etmişdi. Amerika lideri xüsusilə vurğulayıb ki, alyans ölkələrinin İrana qarşı əməliyyatda ABŞ-a kömək etməməsi faktı onu çox məyus edib. O, bunu “heç vaxt silinməyəcək bir ləkə” adlandırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru