ABŞ İranla atəşkəs rejimini pozdu

9-04-2026, 08:38           
ABŞ İranla atəşkəs rejimini pozdu
ABŞ İranla əldə olunmuş atəşkəs razılaşmasını pozub.

TEREF APA-ya istinadla xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, ikihəftəlik atəşkəs cəmi 12 saat davam edib.

Qeyd olunur ki, ölkənin bir neçə şəhərində partlayışlar qeydə alınıb.

Məlumata görə, Tehran və Kərəcə hava zərbələri endirilib, hava hücumundan müdafiə sistemləri yarım saatdan çox aktiv işləyib.

Bəndər-Abbasda HHM sistemlərinin aktivliyi müşahidə olunur, İsfahanda iki zərbə qeydə alınıb, Əhvaz üzərində isə qırıcılar uçuşlar həyata keçirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru