Moldova prezidenti Maya Sandu ölkəsinin MDB-dən çıxması ilə bağlı fərman imzalayıb. Fərmana əsasən, təşkilatın təsis müqaviləsi, müvafiq protokollar və nizamnamə MDB-nin əsas sənədləri çərçivəsində ləğv edilib. Ötən ay Moldova hökuməti MDB-nin əsas müqavilələrini ləğv edib, bu ayın əvvəlində isə parlament bu qərarı təsdiqləyib. Xatırladaq ki, Moldova 1991-ci ildə keçmiş Sovet İttifaqından ayrılıb və 1994-cü ildə MDB-yə qoşulub. Cavid Dəmirli