Almaniya İranla birbaşa danışıqları bərpa edir

10-04-2026, 11:44           
Almaniya İranla birbaşa danışıqları bərpa edir
Almaniya Vaşinqton və Tehran arasında iki həftəlik atəşkəsi dəstəkləmək üçün İranla birbaşa danışıqları bərpa edir.

Yenicag.az xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merz açıqlayıb.

Onun sözlərinə görə, baxmayaraq ki, regionda vəziyyət kövrək olaraq qalır münaqişənin başlamasından bəri ilk dəfə olaraq diplomatik həll üçün fürsət yaranıb.

Merz Almaniya nümayəndə heyətinin İran tərəfi ilə danışıqlar aparmaq üçün Pakistana getdiyini, eyni zamanda Pakistanın Baş naziri Şahbaz Şəriflə danışıqlar aparmaq niyyətində olduğunu bildirib.

Almaniya kansleri vəziyyəti ABŞ prezidenti Donald Trampla müzakirə etdiyini də təsdiqləyərək Vaşinqtonu danışıqlara ciddi yanaşmağa çağırdığını deyib.

O, Livandakı vəziyyətdən narahatlığını vurğulayaraq İsrailin addımlarının bütün sülh prosesini poza biləcəyini qeyd edib./Apa/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru