Melaniya Tramp "Epşteynlə əlaqəm olmayıb"

10-04-2026, 16:08           
Melaniya Tramp "Epşteynlə əlaqəm olmayıb"
ABŞ-nin birinci xanımı Melaniya Tramp həyat yoldaşının qalmaqallı maliyyəçi Cefri Epşteynlə yaxınlığı barədə yayılan iddiaları qətiyyətlə təkzib edib. Ağ Ev tərəfindən paylaşılan rəsmi bəyanatda Melaniya Tramp mətbuatda tirajlanan xəbərlərin reallığı əks etdirmədiyini bildirib.

Prezidentin xanımı Donald Trampla tanışlıq hekayəsinə aydınlıq gətirərək bu prosesdə Epşteynin heç bir rolunun olmadığını vurğulayıb. O qeyd edib ki, gələcək həyat yoldaşı ilə tamamilə təsadüf nəticəsində qarşılaşıb.

“O, məni Donald Trampla tanış etməyib. Biz təsadüfən tanış olduq”.

Birinci xanım bəzi kütləvi tədbirlərdə Epşteynlə eyni məkanda olmalarını inkar etməsə də, aralarında hər hansı şəxsi və ya işgüzar münasibətin mövcudluğunu rədd edib. Melaniya Tramp həmçinin maliyyəçiyə məxsus təyyarə ilə səyahət etmədiyini və onun adasında heç vaxt olmadığını da xüsusi diqqətə çatdırıb.

Demokrat.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru