Bir anda təhqirə keçdilər, Tramp qəzəbdən özünü itirdi - Həmin görüşün DETALLARI

10-04-2026, 17:28           
Bir anda təhqirə keçdilər, Tramp qəzəbdən özünü itirdi - Həmin görüşün DETALLARI
Bir anda təhqirə keçdilər, Tramp qəzəbdən özünü itirdi - Həmin görüşün DETALLARI
ABŞ Prezidenti Donald Trampla NATO-nun Baş katibi Mark Rutte arasında keçirilən görüşün yeni detalları açıqlanıb.
SAVASHMEDİA.az "The Financial Times" nəşrinə istinadən xəbər verir ki, görüş çox gərgin keçib.

Tramp qəzəbdən özünü itirib, əlini masaya çırpıb və Avropa ölkələrini hədələyib. “Politico” nəşri isə Avropa rəsmilərindən birinə istinadla yazıb ki, tərəflər bir-birini ittiham ediblər.

Tramp tez-tez əlini masaya çırparaq ayağa qalxıb və NATO-nu hədələyib.

Nəşr xüsusilə qeyd edib ki, Tramp-Rutte görüşü qızğın müzakirədən bir anda təhqir selinə çevrilib. Xüsusilə Tramp Avropa ölkələrini sərt ifadələrlə təhqir edib.

Rutte Trampın özünü ifadə tərzindən və təhqirlərindən sonra görüşdən narazı ayrılıb. Lakin buna baxmayaraq, əsəblərini cilovlayaraq, verdiyi müsahibədə Trampı anladığını, görüşün isə “səmimi və konstruktiv” keçdiyini bildirib.

Xatırladaq ki, Tramp-Rutte görüşü aprelin 8-də Ağ Evdə baş tutub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru