Yaponiyada, paytaxt yaxınlığındakı bir kənddə yaşlı, müdrik bir samuray yaşayırdı.

Dünən, 10:14           
Yaponiyada, paytaxt yaxınlığındakı bir kənddə yaşlı, müdrik bir samuray yaşayırdı.
Bir gün o, tələbələrinə dərs deyərkən, kobudluğu və qəddarlığı ilə tanınan başqa bir qəbilədən olan bir döyüşçü ona yaxınlaşdı. Onun ən sevdiyi taktika təxribat idi: rəqibini qəzəbləndirir və qəzəbdən kor olan rəqib onun çağırışını qəbul edir, səhvləri ardıcıl olaraq edir və nəticədə döyüşü uduzurdu. Döyüşçü qoca kişini təhqir etməyə başladı: ona daş atdı, tüpürdü və lənətlədi. Lakin qoca narahat olmadı və məşqlərinə davam etdi. Günün sonunda əsəbi və yorğun döyüşçü getdi.
Qoca kişinin bu qədər təhqirlərə dözməsinə təəccüblənən tələbələr ondan soruşdular:
"Niyə onu döyüşə çağırmadın? Məğlub olmaqdan qorxdunmu?"
Qoca samuray cavab verdi:
"Əgər kimsə sizə hədiyyə ilə yaxınlaşsa və siz onu qəbul etməsəniz, hədiyyə kimə məxsus olacaq?" "Keçmiş sahibinə", tələbələrdən biri cavab verdi.
"Eyni şey paxıllığa, nifrətə və söyüşə də aiddir. Onları qəbul edənə qədər, onlar onları gətirənə məxsusdur."
Böyük Çöl Köçəriləri
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru