ABŞ kəşfiyyatı Çinin yaxın həftələrdə İrana hava hücumundan müdafiə sistemləri verməyə hazırlaşdığını bildirir.
12-04-2026, 00:03
ABŞ kəşfiyyatı Çinin yaxın həftələrdə İrana hava hücumundan müdafiə sistemləri verməyə hazırlaşdığını bildirir. Bu barədə CNN mənbələrə istinadla məlumat yayıb. Bildirilib ki, söhbət MANPADS tipli çiyindən atılan raketlərdən və digər silahlardan gedir. Bunlar aşağı hündürlükdə uçan təyyarələrə qarşı effektli hesab olunur, ağır və iri hava hücumundan müdafiə sistemləri deyil. Lakin bu silahların digər, İranı məğlubedilməz edə biləcək sursartları pərdələmək üçün göndərilə biləcəyi ehtimalları da var. Məlumata görə, Çin bu tədarükü üçüncü ölkələr üzərindən keçirməklə gizlətməyi planlaşdırır. AZƏRBAYCAN24 - İnformasiya Xidməti TEREF