Pakistan qırıcılarını Səudiyyəyə yerləşdirdi

12-04-2026, 11:04           
Pakistan qırıcılarını Səudiyyəyə yerləşdirdi
Pakistan Hərbi Hava Qüvvələrinə aid qırıcılar Səudiyyə Ərəbistanına yerləşdirilib.
Referans Media xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi məlumat yayıb.
“Hərbi heyət iki ölkə arasında strateji müdafiə müqaviləsi çərçivəsində Səudiyyə Ərəbistanının şərqindəki Kral Əbdüləziz Hava Bazasına gəlib. Heyətin tərkibinə Pakistan Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri, eləcə də texniki və əməliyyat heyəti daxildir. İki ölkə arasında hərbi koordinasiyanı gücləndirmək və əməliyyat hazırlığını artırmaq məqsədi daşıyan bu addım regional və beynəlxalq səviyyələrdə təhlükəsizliyə töhfə vermək məqsədi daşıyır”, – məlumatda bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru