NATO TƏYYARƏLƏRİ RUSİYANIN SUALTI QAYĞINI ƏLƏ KEÇİRİB.
13-04-2026, 16:24

NATO-NUN İSVEÇLİ DÖYÜŞÇÜLƏRİ MÜTTƏFİQLƏRİ İLƏ BİRLİKDƏ RUSİYANIN SUALTI QAYIĞINI AŞKAR EDƏRƏK SUALTI QAYIĞIN MARŞRUTUNU İZLƏMƏK ÜÇÜN MÜŞAYİƏTİ DAVAM EDİBLƏR.
ONLAR, Rusiyanın SUALTI QAYIĞINI Baltik və Şimal dənizlərini birləşdirən KATTEGAT BOĞAZINDA koordinatında müşahidə etdiklərini bildiriblər.
Onlar formal olaraq, bu əməliyyatı adi bir əməliyyat adlandırırlar.
Lakin sualtı (dənizin dibindən keçən kabellər nəzərdə tutulur - A. H.) infrastruktur və fəaliyyətlə bağlı son xəbərlərin fonunda Rusiya donanması üçün belə "adi" bir şey sadə səslənmir.
Britaniya bir gün əvvəl bildirib ki, bir aydan çoxdur ki, üç Rusiya sualtı qayığı vacib sualtı kabelləri izləyirdi.
Londondan gələn xəbərlərdə deyilir ki, Şimali Atlantikadakı boru kəmərlərinə heç bir ziyan olmayıb amma bu vəziyyətin, bu barədə siqnalın özü olduqca təhlükəlidir.
Aydındır ki, NATO getdikcə Avropanın sinir sisteminin işlədiyi yerdə Rusiya sualtı qayıqlarını tutur.
Bu isə o deməkdir ki, Baltik və Şimal dənizləri sakit-sakit getdikcə daha bir cəbhəyə çevrilir.
Arifa Huseynli
TEREF




