Dünyanın ən böyük Hərbi Hava Qüvvələrinin reytinqi açıqlanıb: Azərbaycan neçənci yerdədir?

13-04-2026, 10:44           
Dünyanın ən böyük Hərbi Hava Qüvvələrinin reytinqi açıqlanıb:
“Global Firepower” dünyanın ən böyük Hərbi Hava Qüvvələrinin reytinqini tərtib edib.

Ordu.az xəbər verir ki, siyahı “Global Firepower” tərəfindən dərc olunub.

Məlumata görə, ABŞ 13 032 aviavasitə ilə birinci yerdə qərarlaşıb. Bu göstərici ondan sonrakı üç ölkənin ümumi nəticəsindən də çoxdur.

Rusiya 4 237 aviavasitə ilə ikinci, Çin 3 529 aviavasitə ilə üçüncü, Hindistan isə 2 183 aviavasitə ilə dördüncü yerdədir.

Azərbaycan reytinqdə 159 aviavasitə ilə 53-cü yeri tutur. Türkiyə 1 101 aviavasitə ilə 8-ci, İran 551 aviavasitə ilə 21-ci, Ermənistan isə 69 aviavasitə ilə 84-cü pillədə qərarlaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru