Orban parlament seçkilərində partiyasının məğlubiyyətini etiraf edib

13-04-2026, 11:22           
Orban parlament seçkilərində partiyasının məğlubiyyətini etiraf edib
Macarıstanın Baş naziri Viktor Orban parlament seçkilərində partiyasının məğlubiyyətini etiraf edib.

Tribuna.az xəbər verir ki, bu barədə Macarıstan hökumətinin başçısı öz müraciətinin yayımı zamanı bildirib.

Orban bildirib ki, hakim siyasi qüvvə səsvermənin yekunlarına görə məğlub olub.

Səslərin 53,45%-nin işlənməsindən sonra “Tisa” Macarıstandakı parlament seçkilərində ilkin olaraq liderlik edir və parlamentdəki 199 yerdən 136-nı qazanır. “Fides” – “Xristian-Demokratik Xalq Partiyası” alyansı 56 yer qazanır, ifrat sağçı “Bizim Vətən”in isə yeddi yeri var.

Orban həmçinin səslərin sayılmasının başa çatmasını gözləmədən müxalif “Tisa” partiyasının lideri Peter Madyarı parlament seçkilərindəki qələbəsi münasibətilə təbrik edib.

Bu barədə Madyar özünün sosial şəbəkə hesablarında məlumat verib.

“Baş nazir Viktor Orban indicə bizi telefonla qələbə münasibətilə təbrik edib”, – o yazıb.

Qeyd edək ki, Macarıstandakı parlament seçkilərində ölkə tarixində rekord səviyyədə seçici fəallığı qeydə alınıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru