İrana qarşı 13 min əsgər göndəribmiş
14-04-2026, 11:24

İran müharibəsi fonunda Pakistanın Səudiyyə Ərəbistanına hərbi qüvvə göndərdiyi üzə çıxıb.
Ölkəyə 13 min əsgər və 10-18 arası hərbi təyyarə yerləşdirildiyi açıqlanıb.
Hərbi kontingentin müdafiə paktının bir hissəsi olaraq Səudiyyə Ərəbistanına göndərildiyi qeyd olunur.
Bu addımın İranın Səudiyyə Ərəbistanına hücumlarının qarşısını almaq üçün göndərildiyi iddia olunur.
Beynəlxalq məsələlər üzrə ekspert Məhəmməd Mehdi mediaya bildirib ki, Pakistan hələ ötən ay Səudiyyə Ərəbistanına təyyarələr və qoşun göndərib, lakin bu xəbər yalnız indi Səudiyyə hakimiyyəti tərəfindən yayılıb.:
“Ən azı 13.000 Pakistan əsgəri və 10-18 qırıcı təyyarə Səudiyyə Ərəbistanına enib. Bu proses ölkələr arasında müdafiə müqaviləsi çərçivəsində həyata keçirilib”.
O bildirib ki, Pakistan əsgərləri və qırıcı təyyarələri yalnız Səudiyyə Ərəbistanının müdafiəsi üçün oradadır.
Başqa bir rəsmi mənbə isə bildirib ki, Pakistan ötən ay İranın Körfəzdəki Amerika bazalarına hücumu fonunda Səudiyyə Ərəbistanına raket tutucuları da göndərib.
AZƏRBAYCAN24

