İspaniya Baş naziri Sançezin həyat yoldaşının başı bəlada! Dörd ayrı cinayət üzrə ittiham aktı hazırlanıb.

14-04-2026, 12:38           
İspaniya Baş naziri Sançezin həyat yoldaşının başı bəlada!
Bu da sizin təriflədiyiniz Qərb demokratiyası. Utanıb yerə girmirlər. Həyasızlığın həddinə bax ki, Baş nazirin arvadına korrupsiyaya bulaşma cinayətilərinə görə dörd maddə üzrə ittiham irəli sürürlər. Deyəndə Avropa dağılır inanmırdınız.
İspaniya Baş naziri Pedro Sançezin arvadı Beqona Qomez rəsmi olaraq bir neçə korrupsiya maddəsi ilə, o cümlədən nüfuzundan sui-istifadə, biznes korrupsiyası, vəsaitlərin əsassız dağıdılması və mənimsənilməsi ilə bağlı ittiham edilib.
İstintaq 2024-cü ilin aprel ayında Manos Limpias adlı korrupsiyaya qarşı mübarizə təşkilatının şikayətindən sonra başlayıb. Təşkilat Qomezi vəzifəsindən istifadə edərək hökumət müqavilələrinə təsir göstərməkdə və universitet layihələri üçün sponsorluq əldə etməkdə ittiham edib.
O zaman Pedro Sançez bu iddialar fonunda istefa vermək barədə düşünmək üçün beş günlük fasilə verdi, lakin sonda vəzifəsində qalmağa qərar verdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru