Tehran küçələrinə cəza dəstələri yerləşdirilir: Nə baş verir?

15-04-2026, 00:02           
Tehran küçələrinə cəza dəstələri yerləşdirilir: Nə baş verir?
Dünəndən etibarən İran rejimi paytaxt Tehran küçələrinə İran Polis Komandanlığının hərbi texnikalarını çıxarıb.

Tribuna.az xəbər verir ki, üzərində NOPO sözləri yazılmış həmin hərbi texnikadan adətən aksiyaların dağıdılmasında istifadə olunur.

Bundan başqa, gecələr BƏSİC-in qadın üzvlərinin də idarə etdiyi iri zirehli texnikalar küçələrdə peyda olub.

Atəşkədsən dərhal sonra küçələrə belə ağır texnikaların çıxarılması şübhəsiz səbəbsiz deyil. Adətən aksiyaların dağıdılmasında istifadə olunan bu texnikaların məhz indi nümayiş etdirilməsi, daxildə proseslərin fərqli məcra ala biləcəyi əndişəsindən irəli gəlir. Belə ki, İranda rejimə qarşı olan qüvvələrin mövcudluğu faktdır. İndiyə qədər keçirilən aksiyalar da təsdiq edir ki, həmin narazı kütlə istənilən vaxt yenidən ayağa qalxa bilər.

Belə olan vəziyyətdə Tehran rejimi prosesləri kontrol altında saxlamaqla yanaşı, həm də qorxu atmosferi yaratmağa çalışır.

Onu da qeyd edək ki, bəzi proqnozlara görə, İranla müharibə dayandıqdan sonra insanların etiraz üçün küçələrə axışacağı proqnozlaşddırılırdı. Güman ki, Tehran hakimiyyəti bunu nəzərə aldığından önləyici tədbirlər görməyə başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru