İTALİYA İSRAİLLƏ HƏRBİ ƏMƏKDAŞLIĞI DAYANDIRDI
Dünən, 16:24

İtaliya İsraillə müdafiə sahəsində sazişin avtomatik uzadılmasını dayandırıb. Söhbət hərbi texnika, texnologiyalar və birgə tədqiqatlardan gedir.
Baş nazir Ciorcia Meloni açıq şəkildə bəyan edib ki, mövcud şəraitdə Roma əvvəlki formatda münasibətləri davam etdirməyə hazır deyil. Bu qərar xüsusi siyasi siqnal kimi qiymətləndirilir, çünki uzun müddət İtaliya Avropada İsrail üçün ən sabit dayaqlardan biri hesab olunurdu. … Ardı davam edir.
Göründüyü kimi, Avropa ölkələri Beynəlxalq Cinayət Məhkəməsinin axtarışında olan, öz ölkəsində korrupsiya cinayətlərində ittiham edilən Benyamin Netanyahu rejiminin əməllərinə şərik çıxmaq istəmir.
Maraqlıdır ki, İspaniya, İrlandiya və İtaliya ənənəvi katolik ölkələrdir, Trampın Roma Papasını təhqir etməsi, onların ABŞ administrasiyasına münasibətini də korlayıb.
Bunlar onu göstərir ki, İsrail ətrafında formalaşan siyasi böhran beynəlxalq müstəvidə yeni mərhələyə keçib və getdikcə daha geniş vüsət alır.
Fuad Arif Oğlu Ağayev
TEREF

