SON DƏQİQƏ! İran üçün yeni hücum planları təsdiqləndi – İsrail HƏRƏKƏTƏ KEÇİR

Dünən, 12:44           
SON DƏQİQƏ! İran üçün yeni hücum planları təsdiqləndi –
İsrail Silahlı Qüvvələrinin (ÇAXAL) Baş Qərargah rəisi Eyal Zamir Livan və İrana qarşı yeni döyüş əməliyyatları planını təsdiqləyib. İsrail ordusunun mətbuat xidmətinin yaydığı məlumata görə, Zamir dünən Baş Qərargahla birlikdə gələcək hərbi addımları müəyyənləşdirdikləri toplantıda mühüm sənədlərə imza atıb. “Biz vəziyyəti qiymətləndirməyə davam edirik və həm Livan, həm də İranda tətbiq olunacaq yeni planları təsdiqləyirik”, — deyə Baş Qərargah rəisi vurğulayıb.

NOCOMMENT.az xəbər verir ki, Eyal Zamir ötən aydan bəri intensivləşən döyüşlər zamanı “Hizbullah”ın itkiləri barədə də statistik məlumatları paylaşıb. Onun sözlərinə görə, əməliyyatların başladığı vaxtdan indiyədək qruplaşmanın 1700-dən çox döyüşçüsü zərərsizləşdirilib.

Baş Qərargah rəisi həmçinin ordunun qarşısında duran yeni strateji hədəfi açıqlayaraq xüsusi bir əmr verdiyini bildirib. Belə ki, Litani çayına qədər olan bütün Cənubi Livan ərazisi “Hizbullah” terrorçuları üçün “məhv edilmə zonası” elan olunub. Bu qərar İsrailin bölgədə hərbi təzyiqi daha da artıracağının və bufer zona yaratmaq niyyətinin bariz göstəricisi hesab olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru