ŞOK səs yazısı YAYILDI: ABŞ görün nələr edib – AUDİO

Dünən, 10:17           
ŞOK səs yazısı YAYILDI: ABŞ görün nələr edib – AUDİO
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İranın dəniz blokadası çərçivəsində həyata keçirilən növbəti əməliyyatın görüntülərini və səs yazılarını paylaşıb. Təqdim olunan materiallarda ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus raket esminesinin ekipajı ilə beynəlxalq sulara çıxmağa cəhd edən ticarət gəmisinin kapitanı arasındakı gərgin dialoq əks olunub.

NOCOMMENT.az xəbər verir ki, səs yazısında amerikalı hərbçilərin İran sahillərindən çıxan gəmiyə dərhal geri dönmək barədə qəti əmr verdiyi eşidilir. CENTCOM-un rəsmi açıqlamasında bildirilir ki, ABŞ gəmiləri hazırda Oman körfəzində intensiv patrul xidməti həyata keçirir və İran limanlarına daxil olan və ya ordan çıxan hər bir su nəqliyyat vasitəsi ciddi nəzarət altındadır.

“ABŞ qüvvələri regionda mövcuddur, ayıq-sayıqdır və müəyyən edilmiş blokada rejiminə əməl olunmasını təmin etməyə tam hazırdır”, — deyə komandanlığın bəyanatında vurğulanır. Bu addım Vaşinqtonun Tehrana qarşı iqtisadi və hərbi təzyiq rıçaqlarını dənizdə də maksimum dərəcədə sərtləşdirdiyini nümayiş etdirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru