Livan və İsrail arasında 10 günlük atəşkəs

17-04-2026, 09:44           
Livan və İsrail arasında 10 günlük atəşkəs
Livan və İsrail sülhə nail olmaq üçün 10 günlük atəşkəs barədə razılığa gəlib.

Bizimesr.az-ın məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp özünün “Truth” sosial şəbəkəsində yazıb. O, Livanın Prezidenti Cozef Aun və İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefonla danışıb.

“Çərşənbə axşamı iki ölkə 34 ildən sonra ilk dəfə Vaşinqtonda Dövlət katibi Marko Rubio ilə görüşdülər. Mən Vitse-prezident Vensə və Dövlət katibi Rubioya, eləcə də Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keynə İsrail və Livanla birlikdə davamlı sülhə nail olmaq üçün işləməyi tapşırdım. Dünyada 9 müharibəni həll etmək mənim üçün şərəf olub və bu, mənim 10-cu sülhüm olacaq. Ona görə də gəlin bunu başa çatdıraq” ,- deyə Tramp əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru