Dubayda “Burj Al Arab” oteli bağlanır

Bu gün, 15:24           
Dubayda “Burj Al Arab” oteli bağlanır
Dubayda yerləşən və “Yelkən” oteli kimi tanınan “Burj Al Arab” oteli təmir-bərpa işləri ilə əlaqədar bağlanacaq.
“Euronews” telekanalı xəbər verir ki, təmir-bərpa işləri 18 ay davam edəcək.
Bu müddət ərzində binanın məşhur interyerlərinin tamamilə yenilənməsi, eyni zamanda tanınan “saray” stilinin qorunması planlaşdırılır.
Təmir-bərpa işləri mərhələli şəkildə həyata keçiriləcək.
Təmir-bərpa işlərinə “Maison&Objet” tərəfindən “İlin Dizayneri” seçilən məşhur fransız memar və dizayner Tristan Auer rəhbərlik edəcək. O, Parisdəki “Hotel de Crillon” və digər nüfuzlu otellərin təmiri və bərpası ilə tanınır.
Qeyd edək ki, yeddiulduzlu “Burj Al Arab” oteli 1999-cu ildə açılıb və qısa bir vaxtda Dubayın simvoluna çevrilib. Otelin içərisində 86 000-dən çox Swarovski kristalı, onlarla növ Statuario mərməri və təxminən 1790 kvadrat metr 24 karatlıq qızıl var.
Süni adada yerləşən bu otel uzun müddətdir ki, BƏƏ-də ən çox fotoşəkil çəkilən yerdir.
Mart ayında otel PUA hücumu nəticəsində zərər görüb. Belə ki, zərərsizləşdirilən PUA-nın qalıqları hotelin xarici hissəsində kiçik yanğına səbəb olub. Hadisə qısa müddətdə nəzarət altına alınıb və ciddi ziyan qeydə alınmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru