Tramp açıqladı: İranla mümkün saziş baş tutarsa…

Bu gün, 11:44           
Tramp açıqladı: İranla mümkün saziş baş tutarsa…
ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranla əldə oluna biləcək yeni saziş əvvəlki razılaşmalardan daha effektiv olacaq.
TEREF xəbər verir ki, bu barədə Tramp “Truth” sosial şəbəkəsində paylaşım edib.

O bildirib ki, əvvəlki İran nüvə sazişi Barak Obama və Co Bayden administrasiyaları dövründə imzalanmış və ABŞ-nin təhlükəsizliyi baxımından “ən pis sövdələşmələrdən biri” olub.

Trampın sözlərinə görə, həmin razılaşma İranın nüvə silahına sahib olmasına zəmanətli yol açırdı. O iddia edib ki, saziş çərçivəsində İrana böyük həcmdə maliyyə vəsaiti ayrılıb, o cümlədən 1,7 milyard dollar nağd vəsait təyyarə ilə göndərilib.

ABŞ Prezidenti vurğulayıb ki, onun təşəbbüsü ilə əldə ediləcək yeni razılaşma təkcə İsrail və Yaxın Şərq üçün deyil, həm də Avropa və ABŞ üçün sülh, təhlükəsizlik və sabitliyə xidmət edəcək. “Əgər belə bir saziş baş tutarsa, bu, dünyanın fəxr edəcəyi bir nəticə olacaq və uzun illər davam edən uğursuz siyasətin əvəzini çıxacaq”, – deyə o əlavə edib.//publika.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru