Məşhur milyarder 19 il müddətinə azadlıqdan məhrum edilib

Bu gün, 09:24           
Məşhur milyarder 19 il müddətinə azadlıqdan məhrum edilib
Moldovanın keçmiş Demokrat Partiyasının lideri və milyarder Vladimir Plaxotnyuk üç bankdan bir milyard dolların oğurlanmasında iştirakına görə 19 il müddətinə həbs cəzasına məhkum edilib.

32gun.az bildirir ki, istintaq sübut edib ki, Plaxotnyuk müxalif “Qələbə” blokunun lideri İlan Şorun nəzarətində olan şirkətlər vasitəsilə mənimsənilən vəsaitlərdən 39 milyon dollar və 3,5 milyon avro əldə edib. Hazırda Kişinyovdakı 13 saylı istintaq təcridxanasında saxlanılan oliqarxın barəsində cinayətkar birlik yaratmaq və ona rəhbərlik etmək, həmçinin xüsusilə külli miqdarda dələduzluq və çirkli pulların yuyulması kimi maddələrlə üç fərqli cinayət işi davam edir. Xatırladaq ki, 2019-cu ildə partiyası parlament seçkilərində məğlub olduqdan sonra ölkəni tərk edən Plaxotnyuk ötən ilin sentyabr ayında Afinadan Kişinyova gətirilərək həbs edilmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru