“Lufthansa”dan mühüm qərar: 20 min uçuş bu səbəbdən ləğv olundu

Dünən, 16:44           
“Lufthansa”dan mühüm qərar: 20 min uçuş bu səbəbdən ləğv olundu
Reaktiv yanacaq qiymətlərinin artması Avropada aviasiya sektoruna ciddi təzyiq göstərməyə başlayıb.

Almaniyanın iri hava yolu şirkəti “Lufthansa” yanacaq xərclərinin yüksəlməsi səbəbindən ən gərgin yay mövsümündə bir sıra uçuşları dayandıracaq.

Şirkət bildirib ki, Yaxın Şərqdə münaqişələrin başlanmasından sonra reaktiv yanacağın qiyməti iki dəfə artıb. Bu səbəbdən oktyabr ayınadək 20 min uçuş ləğv ediləcək. Bununla da 40 min ton yanacağa qənaət olunacağı planlaşdırılır.

İlkin mərhələdə gündəlik 120 uçuşun ləğvinə artıq başlanılıb. Ötən həftə Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fatih Birol Avropanın yaxın zamanda reaktiv yanacaq qıtlığı riski ilə üzləşəcəyi barədə xəbərdarlıq edib.//globalinfo.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru