Pentaqondan Avropaya ağır təhqir: - "Gülünc konfranslar keçirirsiniz"

Bu gün, 00:06           
Pentaqondan Avropaya ağır təhqir: -
ABŞ-ın müdafiə naziri Pit Heqset Fransa və Böyük Britaniyanın təşkilatçılığı ilə Hürmüz boğazındakı vəziyyətə dair keçirilən son sammiti ələ salıb.

Musavat.com xəbər verir ki, nazir Avropanın bu istiqamətdəki səylərini qeyri-ciddi adlandırıb.

"Keçən həftə Avropada gülünc bir konfrans keçirildi. Orada müzakirə edirdilər ki, bəlkə hər şey bitdikdən sonra hansısa addımı atsınlar. Hələlik bunu ciddi bir cəhd adlandırmaq olmaz... Biz istərdik ki, Avropa da öz töhfəsini versin", — deyə ABŞ naziri bəyan edib.

Heqsetin bu çıxışı Vaşinqtonun müttəfiqlərindən daha qətiyyətli və praktik hərəkətlər gözlədiyini bir daha nümayiş etdirib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru