ABŞ İranın 13 şəhərini vurdu: Ölən və yaralananlar var
Bu gün, 10:48
ABŞ Silahlı Qüvvələrinin İslam Respublikasının qərbində yerləşən Xuzistan əyalətinə endirdiyi zərbələr nəticəsində ən azı bir nəfər həlak olub, daha dörd nəfər isə xəsarət alıb.
Bu barədə IRNA agentliyi yerli rəsmilərə istinadən məlumat yayıb. Qeyd olunub ki, mərminin nasos stansiyasına düşməsi nəticəsində obyektin mühafizəçisi ölüb. Yaralıların vəziyyəti xilasetmə xidmətlərinin nəzarəti altındadır.
Bundan başqa ABŞ ordusu İranın azı 13 şəhərinə zərbələr endirib. Məlumata əsasən, Abadan, Əhvaz, Bəndər-Abbas, Bəndər-Mahşəhr, Bəhbəhan, Buşehr, Cask, Dizful, Keşm, Sirik, Xondab, Xürrəmşəhr və Əndiməşk şəhərləri hava zərbələrinə məruz qalıb.
Bu hava hücumları nəticəsində ölən və xəsarət alanlarla hələlik məlumat daxil olmayıb.