"Pentaqon məxfi materialların yeni hissəsini açıqladı: nüvə zavodu yaxınlığındakı sirli hadisə diqqət çəkdi" - ABŞ Müdafiə Nazirliyi

Bu gün, 00:13           
"Pentaqon məxfi materialların yeni hissəsini açıqladı: nüvə zavodu yaxınlığındakı sirli hadisə diqqət çəkdi" - ABŞ Müdafiə Nazirliyi
Naməlum anomal hadisələrə (UAP, əvvəllər "UNO" adlandırılan obyektlər) dair məxfilikdən çıxarılan sənədlərin dördüncü paketini yayımlanıb.

Moderator.az xəbər verir ki, bu barədə "interfax.ru" nəşri məlumat yayıb.

Nüvə obyektinin yaxınlığında müəmmalı hadisə

Məlumatda deyilir ki, yeni arxivə 40 material - 19 video, 14 sənəd, 4 audioyazı və 3 şəkil daxildir. Materiallar 1940-cı illərdən 2025-ci ilə qədər olan dövrü əhatə edir. Ən diqqətçəkən epizodlardan biri 2015-ci il sentyabrın 1-də Texas ştatındakı ABŞ-ın əsas nüvə silahı müəssisələrindən biri olan "Pantex" zavodu yaxınlığında qeydə alınıb.

Məlumata görə, təhlükəsizlik əməkdaşları müəssisənin hava məkanında romb formasında, tam səssiz hərəkət edən naməlum obyekt müşahidə ediblər. Obyekti təqib etmək mümkün olmayıb, üzərində mühərrik, pər və ya digər hərəkət sistemi də aşkarlanmayıb. Araşdırma nəticəsində onun təhlükə yaratmadığı bildirilsə də, mənşəyi müəyyən edilməyib.

Digər sirli müşahidələr

Dərc olunan materiallarda hərbi infraqırmızı kameraların qeydə aldığı görüntülər və 2019-cu ildə ABŞ hərbi təyyarəsinin ekipajı tərəfindən müşahidə edilən naməlum obyekt haqqında hesabat da yer alıb. Bildirilir ki, həmin obyekt qeyri-adi sürətlə hərəkət edərək izləmə sisteminin nəzarət zonasından çıxıb.

Sənədlər ABŞ Müdafiə Nazirliyi, NASA, Mərkəzi Kəşfiyyat İdarəsi (CIA), Federal Təhqiqat Bürosu (FBI) və Energetika Nazirliyi tərəfindən təqdim edilib. Pentaqon vurğulayıb ki, bu materialların açıqlanması obyektlərin yerdənkənar mənşəli olduğunu təsdiqləmir. Qeyd olunur ki, bəzi hadisələr sonradan izah olunsa da, bir sıra müşahidələrin səbəbi hələ də məlum deyil.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru