[i][/i] Ukraynanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Olqa Stefanişina şəxsi səbəblərdən diplomatik vəzifəsindən ayrılmaq üçün müraciət edib.
Bu barədə "İnterfaks-Ukrayna" agentliyi məlumat yayıb.
Agentliyin məlumatlı mənbəsinin bildirdiyinə görə, Prezident administrasiyası səfirin fəaliyyətindən razıdır və onun işi müsbət qiymətləndirilir. Stefanişinanın diplomatik xidmətə xitam verilməsi ilə bağlı xahişini hələ ötən həftə irəli sürdüyü bildirilir.