2 il əvvəl Prezidentin açılışını etdiyi peşə məktəbini yenidən niyə təmir edirsiniz Emin Əmrullayev, İlqar Bayramlı?

Bu gün, 09:08           
2 il əvvəl Prezidentin açılışını etdiyi peşə məktəbini yenidən niyə təmir edirsiniz Emin Əmrullayev, İlqar Bayramlı?
Peşə Təhsili üzrə Dövlət Agentliyi qəribə tenderlərə start verib. Araşdıran zaman ortaya elə vahiməli məqalmlar çıxır ki, adam yazmağa ehtiyyat edir. Mərkəzlər üçün veb saytların hazırlanmasına 10 min manat, 1 avtomobil almaq üçün 100 min manat və daha nələr, nələr...
Sıra ilə mütləq yazılacaq...
Məsələn, 2 il əvvəl tam təmirdən çıxan, ölkə Prezidentinin açılışa getdiyi, tamamilə yenidən qurulduğu deyilən, bütün ölkə mətbuatının işıqlandırdığı Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi yenidən 72 min manatlıq tender elan edib. Bu tenderi də yenə "Proqress İnşaat En” MMC qalib olub. Bu "Proqress İnşaat En” MMC-də deyilənə görə Abşeron İcra başçısı Abdin Fərzəliyevin dosr-tanışınındır. Nə isə onunla işim yox...
Maraqlı məsələ odur ki, Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi 2 il əvvəl tamamilə yenidən qurulub. Ferma, parniklər, heyvanlar, sud, pomidor, yekə boranılar, traktor, əkin sahələri, hər şey. Qəşəng qazanc var, rəhbərlərin südü, qatığı, yumurtası da öz yerində... (?)
İndi də yenidən 72 min manatlıq tender ayrılıb ki, əsaslı təmir edirik. Nəyi tikirsiz, bitməyib?
Ölkənin onlarla rayonunda dağılmış, qapısı, damı, pəncərəsi olmayan yaman gündə Peşə Məktəbləri var. Bu qədər pulu tam təmirli Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinə ayırınca darmadağın olan diğər peşə məktəblərinə ayırın, onlar da bir qədər ayağa qalxsın, o rayonlarda yaşayan gənclər də peşəyə cəlb olunsun. Olmaz? Ordakı gənclər adam deyil?
Nədi, Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi göydən düşüb, yoxsa İlqar Bayramlının, Emin Əmrullayevin, Ramil Əmənovun burda başqa maraqları var? Böyük pullar ayırılıb, ən müasir Peşə Məktəbi tikilib, qazanan qazanıb, qazanmaqda da davam edirlər. Bəs deyil?
Nədir bu yeni təmirdən çıxan Mərkəzə yenidən 72 min manat tender ayırmağın adı? Bəlkə Emin Əmrullayev açıqlasın, Preziedntə tamamilə təmir olunub, ən yüksək formada ağızdolusu danışan nazir bəlkə aydınlıq gətirməlidir ki, bu 72 min nədir?
Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi tamamiilə yenidən qurulmayıb?
Yarıım təmir etmisiz?
Aldatmısız?
Yoxsa?
Buyur, Emin Əmrullayev, İlqar Bayramlı söz sizdədir...
Ədil Hüseynli














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru