Yannik Sinner Uimbldon turnirinin qalibi oldu

Bu gün, 10:18           
Yannik Sinner Uimbldon turnirinin qalibi oldu
Dünyanın bir nömrəli tennisçisi Yannik Sinner Böyük Britaniyanın paytaxtı Londonda keçirilən Uimbldon turnirinin finalında almaniyalı həmkarı Aleksandr Zverevə qalib gəlib.

Bu barədə Gazeta.ru məlumat yayıb.

3 saat 46 dəqiqə davam edən qarşılaşma 6:7 (7:9), 7:6 (7:2), 6:3, 6:4 hesabı ilə Sinnerin xeyrinə başa çatıb.

Qeyd edək ki, Yannik Sinner ötən il də Uimbldon turnirində qalib gəlmişdi.

Bu, Sinnerin "Böyük Dəbilqə" turnirlərində beşinci, ATP karyerasında isə 30-cu tituludur. Zverev isə ilk dəfə Uimbldonun finalında çıxış edib. Onun ümumilikdə 25 ATP titulu var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru