Rusiya çıxış yolu tapdı: Gəmiləri belə qoruyacaq! - "Defens Blog"
Bu gün, 10:22
Rusiya Ukraynanın PUA hücumlarına qarşı müdafiəni gücləndirmək məqsədilə hərbi gəmilərini yeni radioelektron mübarizə sistemləri ilə təchiz etməyə başlayıb.
Axar.az xəbər verir ki, bu barədə "Defens Blog" məlumat yayıb.
Məlumata görə, "Peroed-M" adlandırılan kompleks Rusiya Hərbi Dəniz Qüvvələrinin dörd gəmisində müşahidə olunub: "Varyaq" raket kreyseri, "Sterequuşiy" korveti, "Udaloy" böyük sualtı qayıq əleyhinə gəmisi və "Neustraşimıy" keşikçi gəmisində...
"Peroed-M" pilotsuz uçuş aparatlarını aşkarlama sistemi ilə radioelektron maneə yaratma avadanlığını özündə birləşdirir və əsasən kiçik FPV dronları ilə kəşfiyyat məqsədli kvadrokopterlərə qarşı mübarizə aparmaq üçün nəzərdə tutulub. Kompleks 15 kilometrədək məsafədə və 5 min metrədək yüksəklikdə, kvadrokopterdən böyük olmayan hədəfləri aşkar edə bilən "Repeynik" radiolokasiya stansiyası ilə birlikdə fəaliyyət göstərir.