BEOC (Bahar Enerji Əməliyyat Şirkəti)-un və şirkətin vitse-prezidenti cənab Sean Werner -in halında isə bu açıq aydın yalandır.

Bu gün, 12:28           
BEOC (Bahar Enerji Əməliyyat Şirkəti)-un və şirkətin vitse-prezidenti cənab Sean Werner -in halında isə bu açıq aydın yalandır.
Ölkəmizdə iri neft layihələri reallaşdırılmağa başlayanda ,həmin layihələrə. xaricdən işçi( Pakistan,Hindistan və s)qüvvəsinin , ölkəmizdə kifayət qədər mütəxəsis olduğu halda ,sahəyə bələd olmayan xarici mütəxəsisilərin cəlb olunmasının, əmək qanunvericiliyinin əməl olunmasının və s. monitorinq və qiymətləndirmələr aparmış, hesabatlar tərtib etmiş,iradlarımızı Avropa Yenidənqurma və İnkişaf Bankının , Dünya Bankının icraçı direktorlarının İllik Hesabatları zamanı problemləri qaldırıb, nəticələr əldə etmişdik. İndi isə......
Hörmətli Teymur Ağayev yazır:
Bir dövlət şirkəti o zaman xarici mütəxəssis gətirə bilərki orqanlara sübut eləsinki burada, doğma ölkəmizdə o işləri görə biləcək, savadlı, bilikli bir kadr yoxdur, ona görə məcbur qalıb xaricdən mütəxəssis gətizdiribdir ona yüz minlərlə əməkhaqqı verilir. BEOC (Bahar Enerji Əməliyyat Şirkəti)-un və şirkətin vitse-prezidenti cənab Sean Werner -in halında isə bu açıq aydın yalandır. BEOC , BP, Schlumberger, Baker kimi xarici şirkət deyilki istədikləri xarici vətəndaş olanları ölkəmizə işə göndərsin. Öz doğma ölkəmizdə minlərlə savadlı, ixtisaslı, bilikli və təcrübəli yerli kadr ola ola dövlət şirkəti xalqın pulunu finansist Babək Hüseynovun sadəcə dostu olduğuna görə, yedirtməməlidir. ÖZ KADRLARIMIZI İŞƏ GÖTÜRÜN. Belə hal başqa yerli və dövlət, SOCAR-ın şirkəti olan Ümid Babək Operating Company-dədə baş verib. Xeyli pullar verib dostları olan xarici vətəndaşları işə götürüblər. Sizcə kimin kurasiyasındadır UBOC? Əlbəttəki finansist, hasilatımızı gorbagor qoyan hasilat üzrə vitse-prezident Babək Hüseynovun. Ümid Babək Operating Company-dən Babəki niyə BP verdilər? BP dəli deyilki xeyir olmayan yatağı götürsün. Çünki oranıda gorbagor ediblər, işlədəmirlər Əziz finansit Babək Hüseynov və özü kimi komandası. BEOC və UBOC-da Babək Hüseynovun başqa dostu olan Rüstəm adında bir yoldaş var, hər iki şirkətdə direktorlar şurasının üzvüdür. Bir sual verin Rüstəm müəllimə görün doğma dilimizdə danışa bilirmi? Azneftə rəhbər gətirmişdilər başqa bir yoldaşı, yanında tərcüməçisi ilə gəlmişdi, rus dilindən azərbaycan dilinə.
Görün baxın milli sərvətimiz olan neftimizi kimlər idarə edir, gorbagor qoyur. 15 milyard dollar ziyan vurublar xalqımıza, dövlətimizə, veclərinədi heç? Reklama işləyib yalandan özlərini tərifləməkdən başqa işləri yoxdur.
Mirvari Gahramanli












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru