NATO-nun Ankara sammitində qəbul edilən qərarlar qlobal təhlükəsizlik sistemini necə dəyişir? - VİDEO

Bu gün, 11:18           
NATO-nun Ankara sammitində qəbul edilən qərarlar qlobal təhlükəsizlik sistemini necə dəyişir? - VİDEO
Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb.

NATO-nun Ankara sammitində qəbul edilən qərarlar, alyansın Rusiyaya qarşı uzunmüddətli hərbi strategiyası və Avropanın ABŞ-dən asılılığını azaltmaq cəhdləri qlobal təhlükəsizlik sistemini necə dəyişir?

Ukraynaya ayrılması planlaşdırılan milyardlarla dollarlıq dəstək, "Patriot" raketlərinin istehsalı və süni intellekt əsaslı hərbi sistemlərin tətbiqi müharibənin daha neçə il davam edə biləcəyini göstərir?

Azərbaycanın da qoşulduğu "Drone Deal" layihəsi Ukraynanı hərbi yardım alan ölkədən qlobal texnologiya və təhlükəsizlik ixracatçısına necə çevirir?

ABŞ-İran münasibətlərində yenidən artan gərginlik, Hörmüz boğazı ətrafında qarşılıqlı zərbələr və Donald Trampa qarşı mümkün sui-qəsd iddiaları Yaxın Şərqdə yeni müharibəyə səbəb ola bilərmi?

İranın şimalındakı mühüm logistika körpüsünün vurulması, Çin və Rusiyanın nəqliyyat xətlərinə təzyiq, eləcə də TRIPP və Zəngəzur dəhlizinin artan əhəmiyyəti regionun geoiqtisadi xəritəsini necə dəyişir?

Verilişdə bu və digər suallara aydınlıq gətirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru