Ata Holand "partladı": "Bellinqem və hakim..."

Bu gün, 11:44           
Ata Holand "partladı": "Bellinqem və hakim..."DÇ-2026-nın 1/4 final mərhələsində İngiltərə seçməsinə əlavə vaxtda uduzaraq (1:2) mundialla vidalaşan Norveç millisinin hücumçusu Erlinq Holandın atası Alf-İnqe Holand bu matça təyin olunan hakimləri tənqid edib.

Fanat.Az xəbər verir ki, o, britaniyalılara məğlubiyyətin ardından sosial şəbəkə hesabında belə bir paylaşım edib:

"Bellinqem və hakim, əla iş gördünüz".

Xatırladaq ki, oyunun ən mübahisəli epizodlarından biri Cud Bellinqemin qolundan əvvəl yaşanıb. Norveçin qapıçısı Örjan Nyland topu uzaqlaşdırarkən "mərmi"nin stadionun üzərində yerləşən kabelə toxunduğu iddia olunsa da, hakim oyunu dayandırmayıb. Daha sonra FİFA açıqlama yayaraq topun daxilində yerləşdi sensorun kabellə təmas qeydə almadığını bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru