“Neftçi” vacib qarşılaşmaya çıxır Bu gün, 10:58 Sloveniyada təlim-məşq toplanışında olan “Neftçi” sözügedən ölkədə bu gün sonuncu yoxlama oyununu keçirəcək.Tribuna.az-ın məlumatına görə, Yuri Vernidubun baş məşqçisi olduğu kollektiv Xorvatiyanın “Osiyek” komandası ilə münasibətlərə aydınlıq gətirəcək.Matç Bakı vaxtı ilə saat 19:30-da Lendava stadionunda start götürəcək.Xatırladaq ki, “ağ-qaralar” daha əvvəl Serbiya təmsilçisi “Partizan”a 0:1, Rumıniyanın “ÇFR Kluj” komandasına 1:2 hesabı ilə uduzub. Bakı təmsilçisi Serbiyanın “Radniçi NİŞ” kollektivini 3 cavabsız qolla üstələyib. Facebook-da paylaş