Ukraynada böyük dəyişikliklə\r gözlənilir...

Bu gün, 09:34           
Ukraynada böyük dəyişikliklər gözlənilir...
Financial Times yazır ki, Zelenski hər gün Mixail Fyodorovla bir neçə saat danışır və ona "genişləndirilmiş səlahiyyətlərlə" yenidən hakimiyyətə qayıtmağı təklif edib. Lakin Fyodorov bu təklifdən imtina edib.
İmtinanın səbəbi ondan ibarətdir ki, Prezident ona Prezident Administrasiyasına birbaşa çıxışı olan və müdafiə innovasiyaları ilə hərbi islahatlara kuratorluq etmək səlahiyyəti verən yüksək vəzifə təklif edib. Ancaq Fyodorov yalnız Müdafiə Nazirliyinə qayıtmaq istədiyini bildirib.
Həmçinin bildirilir ki, Sırskinin vəzifədən getməsi artıq yalnız zaman məsələsidir. Qərar verilib və hazırda həm Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı, həm də Baş Qərargah rəisi vəzifələrinə yeni namizədlərin seçimi aparılır.
Kamran Cəfərov












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru