ABŞ Kanadadan idxal olunan bir sıra məhsullara 50 faizlik gömrük rüsumu tətbiq edib

Bu gün, 12:18           
ABŞ Kanadadan idxal olunan bir sıra məhsullara 50 faizlik gömrük rüsumu tətbiq edib
ABŞ Prezidenti Donald Tramp Kanadadan idxal olunan bir sıra məhsullara əlavə 50 faizlik gömrük rüsumunun tətbiqi barədə sərəncam imzalayıb.

Referans Media xəbər verir ki, bu barədə Ağ Evin yaydığı məlumatda bildirilir.

Məlumata görə, əlavə rüsumlar Kanadanın ABŞ məhsullarına qarşı tətbiq etdiyi "ayrı-seçkilik xarakterli tədbirlərə" cavab olaraq qüvvəyə minib.

Yeni tariflər şərab, xokkey avadanlıqları, sement və digər geniş çeşiddə məhsulları əhatə edir.

Bununla yanaşı, enerji məhsulları, kritik minerallar, dəniz məhsulları və kalium gübrəsi (potaş) yeni 50 faizlik gömrük rüsumundan azad edilib.

Qeyd olunub ki, yeni tariflər ABŞ prezidentinin sərəncamı imzalamasından 30 gün sonra qüvvəyə minəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru