“Azərpoçt” MMC ÜPİ-nin Xidmət Keyfiyyəti Fondunun İdarə Heyətinin 95-ci iclasına ev sahibliyi edir

Bu gün, 15:42           
“Azərpoçt” MMC ÜPİ-nin Xidmət Keyfiyyəti Fondunun İdarə Heyətinin 95-ci iclasına ev sahibliyi edir
AZCON Holding şirkətlərindən olan “Azərpoçt” MMC Ümumdünya Poçt İttifaqının
(ÜPİ) Beynəlxalq Bürosu ilə əməkdaşlıq çərçivəsində 14 – 17 iyul 2026-cı il tarixlərində
Bakıda keçirilən Xidmət Keyfiyyəti Fondunun (Quality of Service Fund – QSF) İdarə
Heyətinin 95-ci iclasına ev sahibliyi edir.
Tədbirin açılış mərasimində çıxış edən “Azərpoçt” MMC-nin İdarə Heyətinin sədri
vəzifəsini icra edən Manaf Babayev bildirib ki, “Azərpoçt” beynəlxalq əməkdaşlığın
genişləndirilməsinə və Ümumdünya Poçt İttifaqı çərçivəsində həyata keçirilən
təşəbbüslərə fəal töhfə verməyə xüsusi önəm verir.
İclas proqramı çərçivəsində Xidmət Keyfiyyəti Fondunun İdarə Heyətinin sessiyaları
keçirilir. Sessiyalarda fond çərçivəsində təqdim olunan layihə təklifləri, yekun və
qiymətləndirmə hesabatları, eləcə də fondun fəaliyyəti ilə bağlı digər məsələlər
müzakirə olunur.
Həmçinin, “QSF AZE2313 Bakı” layihəsi çərçivəsində magistral poçt daşımalarının
təkmilləşdirilməsi məqsədilə alınmış 5 ədəd iritonnajlı nəqliyyat vasitəsinin layihə üzrə
yekun qiymətləndirilməsinin aparılması da nəzərdə tutulur.
ÜPİ-nin Xidmət Keyfiyyəti Fondu inkişaf etməkdə olan ölkələrdə poçt xidmətlərinin
keyfiyyətinin yüksəldilməsini dəstəkləyən mühüm maliyyə mexanizmidir. Fond
vasitəsilə həyata keçirilən layihələr poçt operatorlarının infrastrukturunun
modernləşdirilməsinə, əməliyyat imkanlarının genişləndirilməsinə və xidmət
keyfiyyətinin artırılmasına xidmət edir.
Qeyd edək ki, ÜPİ-nin bu nüfuzlu beynəlxalq tədbirinin Bakıda keçirilməsi və
“Azərpoçt” MMC-nin ona ev sahibliyi etməsi Azərbaycanın qlobal poçt sistemində
artan rolunun, beynəlxalq əməkdaşlığa verdiyi töhfənin və etibarlı tərəfdaş kimi
mövqeyinin növbəti təsdiqi olmaqla yanaşı, qabaqcıl təcrübə mübadiləsinin
genişlənməsinə və ÜPİ ilə uzunmüddətli əməkdaşlığın möhkəmlənməsinə xidmət edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru