Alman yazıçısı Sebastian Brant 1494- cü ildə yazdığı "Dəlilər gəmisi" əsərində ağlını itirmiş insanları təsvir etməmişdi.

Bu gün, 11:04           
Alman yazıçısı Sebastian Brant  1494- cü ildə yazdığı "Dəlilər gəmisi" əsərində ağlını itirmiş insanları təsvir etməmişdi.
O, vicdanını, əxlaqını və ölçü hissini itirmiş cəmiyyət haqqında danışırdı. Gəmi onun üçün sadəcə nəqliyyat vasitəsi deyil, bütün bəşəriyyətin rəmzi idi.
Bu gəmidə hər kəs özünü haqlı sayır. Kimisi şöhrətin, kimisi var-dövlətin, kimisi hakimiyyətin arxasınca qaçır. Təkəbbür, tamah, riyakarlıq və yalan sanki gəminin yelkəninə çevrilib. Ancaq ən böyük problem bunların heç biri deyil. Ən böyük problem odur ki, gəminin istiqaməti yoxdur. İnsanlar hərəkət edirlər, lakin hara getdiklərini bilmirlər.
Aradan beş əsrdən çox vaxt keçsə də, "Delilər gəmisi" köhnəlməyib. Bu gün də insanlar daha yaxşı insan olmaqdan çox, daha məşhur görünməyə çalışırlar. Daha çox qazanmaq istəyirlər, amma niyə qazandıqlarını özləri də bilmir. Sosial şəbəkələrdə, siyasətdə, iş həyatında və gündəlik münasibətlərdə bəzən elə mənzərələrlə qarşılaşırıq ki, sanki həmin gəmi hələ də üzməkdədir
Bəlkə də hər birimiz zaman-zaman o gəminin sərnişini olmuşuq. Ancaq insanın üstünlüyü ondadır ki, dayanıb özünə sual verə bilir: "Mən hara gedirəm?" Məhz bu sual insanı başqalarından fərqləndirir. Çünki doğru cavab çox vaxt doğru yoldan daha qiymətlidir.
Bəlkə də həyatın ən vacib işi ən yaxşı göyərtəni seçmək deyil. Ən vacib iş, mindiyimiz gəminin hara getdiyini anlamaqdır.
P:S bu əsəri PDF olaraq internetdə oxumuşam. Oxumaq istəyənlər Scribd com dan yükləyib oxuya bilər. Ödənişlidir 9 dollardır səhv etmirəmsə.
Gunel Musa












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru