Polad Həşimovun məzarına nə olub? - Anasından "səbrim tükənib" AÇIQLAMASI

Bu gün, 08:18           
Polad Həşimovun məzarına nə olub? - Anasından "səbrim tükənib" AÇIQLAMASI
Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun məzar daşında yaranmış ləkələr şəhid ailəsinin narazılığına səbəb olub.

SAVASHMEDİA.az xəbər verir ki, şəhid generalın anası Səmayə Həşimova oğlunun əziz xatirəsinə qarşı göstərilən biganəliyə etirazını bildirib.

“Mən, Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun anası Səmayə Həşimova! Oğlumun xatirəsinə qarşı göstərilən biganəliyə və yolverilməz vəziyyətə qarşı səbirimin tükəndiyini bəyan edirəm. Şəhidin məzar daşındakı keyfiyyətsiz iş, istifadə olunan mərmərin yararsızlığı və üzərindəki şəklin yanaq hissəsindəki qara ləkə ilə bağlı aidiyyəti qurumlar dərhal izahat verməlidirlər. Bir məzar daşının 4 dəfə dəyişdirilməsi idarəçilikdəki qeyri-peşəkarlığın və şəhidə olan sayğısızlığın bariz nümunəsidir” - Səmayə Həşimova qeyd edib.

Şəhid anası ləkəli məzar daşının dəyişdirilməsini, boş məzar yerlərinin bağlanmasını və məzarlıqdan yığışdırılmış bayraqların geri qaytarılmasını tələb edib:

“Ləkəli mərmər dərhal dəyişdirilməli, şəhidin məzarüstü şəkli və üzərindəki yazılar ən yüksək keyfiyyət standartlarına uyğun olaraq yenilənməlidir.

Şəhidlərimizin məzarları önündəki boş məzar yerləri təcili şəkildə daş örtüyü ilə bağlanmalı və ərazi şəhid adına layiq səviyyədə təmir olunmalıdır. Boş məzar yerlərinin bilərəkdən saxlanılmasının kimə və hansı məqsədə xidmət etməsinin açıqlanmasını tələb edirəm.

Məzarlıqdan yığışdırılan Azərbaycan və qardaş Türkiyə bayraqları dərhal bərpa olunmalı və müqəddəs rəmzlərimiz şəhidlərimizin başı üzərində əbədi dalğalanmalıdır. Bu, sadəcə laqeydlik deyil, məmur məsuliyyətsizliyidir.

Qısa zamanda Azərbaycanın Milli Qəhramanı, genral-mayor Polad Həşimovun ev muzeyi açılmalı və xatirəsinə ucaldılacaq heykəlin məsələsi aktivləşməlidir.


Bu tələblər təkcə mənim deyil, bütün şəhid ailələrinin və xalqımızın iradəsidir. Şəhidin haqqına girməkdən və bu rüsvayçılığa yol verməkdən çəkinin. Bu nöqsanların dərhal aradan qaldırılmasını və məsuliyyət daşıyan şəxslərin cəzalandırılmasını tələb edirəm”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru