Bu gün hava necə olacaq

Bu gün, 00:22           
Bu gün hava necə olacaq
Bakıda və Abşeron yarımadasında

Yağmursuz. Lakin gecə saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 22-26° isti, gündüz 30-35° isti olacaq.

Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 70-75 %, gündüz 50-60 % olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraiti: mülayim şimal-qərb küləyi əsəcək.

Dəniz suyunun temperaturu:

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25° isti,

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 25-26° isti olacaq.

Azərbaycanın rayonlarında
Əksər rayonlarda əsasən yağmursuz. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, gecə və axşam bəzi yerlərdə yağıntıların bir qədər güclənəcəyi ehtimalı var.

Gecə və səhər bəzi dağlıq ərazilərdə duman. Müıayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-27° isti, gündüz 33-38° isti, dağlarda gecə 14-18° isti, gündüz 22-27° isti olacaq.
Hidrometeoroloji Proqnozlar Bürosu















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru