Fransanın iki diplomatı İranda saxlanılıb

Bu gün, 08:44           
Fransanın iki diplomatı İranda saxlanılıb
Fransa səfirliyinin iki əməkdaşı İranın kəşfiyyat xidmətləri tərəfindən dindirilmək üçün saxlanılıb.

APA xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro “X” hesabında məlumat verib.

"Onlar bir neçə saat səbəbsiz saxlanılıb, dindirilib və onlardan biri pis rəftara məruz qalıb. Nəticədə onlar səfirliyə qaytarılıblar və hazırda təhlükəsizdirlər və yaxın saatlarda Fransaya qayıtmalarını gözləyirlər", - XİN rəhbəri yazıb.

Hadisənin 19 iyul axşamı baş verdiyi bildirilir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru