Pandemiya kimi hazırlaşın – ÜST-dən xəbərdarlıq

Bu gün, 09:34           
Pandemiya kimi hazırlaşın –
Avropa ölkələri səhiyyə sistemlərini pandemiyalar üçün olduğu kimi isti dalğalara da hazırlamalıdırlar.

Tribuna.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Klyuge deyib.

“Xəstəxana hazırlığına pandemiyaya hazırlıq qədər ciddi yanaşılmalıdır: həddindən artıq qızmış palatalar, həddindən artıq yüklənmiş işçi heyəti və sıradan çıxan soyutma və informasiya sistemləri 21-ci əsr Avropa yayı şəraitində qəbuledilməzdir. Bu yayın dərsləri konkret və praktikdir. Erkən xəbərdarlıq sistemləri yalnız əhali üçün tövsiyələr deyil, həm də qətiyyətli ictimai səhiyyə tədbirləri ilə avtomatik olaraq izlənildikdə həyatları xilas edir”, – deyə Klyuge bildirib.

O, ən həssas vətəndaşların müayinəsi, ictimai yerlərin soyudulması və açıq havada işləyənlər üçün iş qrafiklərinin tənzimlənməsi kimi tədbirləri misal gətirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru