Rusiya hərbi təyyarəsi yerə çırpıldı

Bu gün, 07:24           
Rusiya hərbi təyyarəsi yerə çırpıldı
Moskva ətrafında Rusiya Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarəsi yerə çırpılıb.

32gun.az xəbər verir ki, insident Moskva vilayətinin Odintsovo rayonu ərazisində qeydə alınıb.

Sınaq və ya təlim tapşırığını yerinə yetirən "Su-57" markalı müasir qırıcı Lutsino yaşayış məntəqəsinin yaxınlığında idarəetməni itirərək yerə düşüb. Məlumata görə, qəza anında təyyarəni idarə edən pilot vaxtında katapult edərək sağ qalmağı bacarıb.

Hadisənin başvermə səbəbləri və təyyarənin texniki vəziyyəti ilə bağlı araşdırmalara başlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru