Kəmaləddin Heydərovun Monteneqro səfəri - Dövlət siyasəti ya şəxsi biznes?

Bu gün, 11:21           
Kəmaləddin Heydərovun Monteneqro səfəri - Dövlət siyasəti ya şəxsi biznes?
Hələ 2015-ci ilin oktyabrın 28-də Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti Kəmaləddin Heydərovun Monteneqronun o zamabkı Baş naziri (sonradan ölkənin prezidenti) Milo Cukanoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü haqda məlumat yaymışdı. Məlumatda qeyd olunurdu ki, görüşdə ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində təcrübə müzakirə olunub.
Amma Montoneqro hökuməti və mətbuatı bu görüş haqda tamam fərqli məlumat yaymışdı. Qarşı tərəfin məlumatlarında bildirilirdi ki, görüşdə biznes, xüsusilə də qış turizmi və qida sənayesi sahəsində investisiya əməkdaşlığı müzakirə edilib..Üstəlik Cukanoviçi müşayiət edən heyətin tərkibi də maraqlı idi və görüşdə Montoneqronun İqtisadiyyat naziri Vladimir Kavariç, Davamlı inkişaf və turizm naziri Branimir Qvozdenoviç, Baş nazirin siyasi müşaviri Milan Roçen, Energetika və sənaye fəaliyyəti üzrə müşavir Ranko Miloviç iştirak edirdilər.
Bu görüşün rəsmi nağılları yox, ardı çox maraqlıdır...
Cavanşir Həsənli












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru