BMW ABŞ-də yüzminlərlə avtomobilini geri çağırır - ŞOK SƏBƏB
Bu gün, 09:26
BMW şirkəti mühərrik starterinin həddindən artıq qızması və bunun da yanğına səbəb ola biləcəyi təhlükəsi ilə əlaqədar ABŞ-də 318 495 avtomobilini geri çağırır.
Bu barədə "Reuters" agentliyi ABŞ-nin Milli Avtomobil Yollarında Hərəkətin Təhlükəsizliyi İdarəsinə (NHTSA) istinadən məlumat yayıb.
Geriçağırma kampaniyasına bir neçə BMW modeli, o cümlədən 3 və 4 seriyaları, "X3" və "X4" krossoverləri, eləcə də BMW ilə ortaq platformada yığılmış "Toyota Supra" daxildir.
Qeyd olunan kampaniya çərçivəsində rəsmi dilerlər qüsurlu olan bütün avtomobillərdəki starterləri tamamilə pulsuz şəkildə yeniləri ilə əvəz edəcəklər.