"Meta" əleyhinə sosial media iddiası geri götürülüb

Bu gün, 09:59           
"Meta" əleyhinə sosial media iddiası geri götürülüb
ABŞ-da "Meta" şirkətinə qarşı sosial media asılılığı iddiası ilə qaldırılan məhkəmə işi dayandırılıb. Şirkətin açıqlamasına görə, iddiaçı "Meta" ilə bağlı iddiasından heç bir maliyyə kompensasiyası almadan imtina edib.

Valyuta.az xəbər verir ki, bundan əvvəl "TikTok", "YouTube" və "Snap" iddiaçı ilə razılığa gəlib. Bununla da "Meta" iş üzrə yeganə cavabdeh tərəf olaraq qalırdı.

İddia Florida ştatından olan yeniyetmə tərəfindən qaldırılıb. O, sosial media şirkətlərini istifadəçilərdə asılılıq yaradan platformalar hazırlamaqda ittiham edirdi. Bu iş texnologiya şirkətlərinə qarşı açılmış minlərlə oxşar iddiadan biri idi.

"Meta" bildirib ki, bu qərar şirkətin əsassız iddialara qarşı hüquqi müdafiəsini davam etdirəcəyini göstərir.

Qeyd edək ki, "Meta" bu ilin əvvəlində Nyu-Meksikoda oxşar məhkəmə işini uduzmuş və platformalarının təhlükəsizliyi ilə bağlı istifadəçiləri yanlış məlumatlandırdığına görə 375 milyon dollar cərimələyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru